Ordu zabiti ağır qəza törədib, ölən və yaralananlar var
16 Aprel 2012 Bazar Ertəsi 10:15
Azərbaycan Ordusunun zabiti ağır qəza törədib.
Bu barədə APA-ya Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib.
Hadisə Bakı-Quba yolunun 29-cu kilometrliyində qeydə alınıb. Müdafiə Nazirliyinin Sumqayıtda yerləşən “N” saylı hərbi hissəsinin baş leytenantı, 1985-ci il təvəllüdlü Məmməd Səfərxan oğlu Həsənov idarə etdiyi “VAZ-2107” markalı, 10 LA 917 dövlət nömrə nişanlı maşınla yol kənarında dayanan piyada, 28 yaşlı Namiq Əliyevi vurub. Nəticədə piyada aldığı xəsarətdən yerindəcə ölüb.
Piyadanı vuran M. Həsənov daha sonra idarəetməni itirərək qarşıdan gələn, Elşən Abdullayevin idarə etdiyi “VAZ-2107” markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü və ikinci maşında olan sərnişin, 23 yaşlı Məhərrəm Ağaməhərrəmov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: