Ölümlə nəticələnən ən qeyri-adi qəza
15 İyun 2012 Cümə 04:32
“Kamaz”ın kuzovundan düşən kərpic əks istiqamətdə hərəkət edən avtomobil sərnişininin başına dəyib.
Rusiyada ölümlə nəticələnən ən qeyri-adi yol nəqliyyat qəzalarından biri baş verib. Rostov şəhərində maqistral yolla hərəkət edən “Kamaz”ın kuzovundan düşən kərpic əks istiqamətdə hərəkət edən minik avtomobilinin şüşəsini sındıraraq sərnişin qadının başına dəyib. Təcili olaraq xəstəxanaya çatdırılan 29 yaşlı Olqa Qaykoviçin həyatını xilas etmək mümkün olmayıb. Kərpic zərbəsi ilə beynindən ağır xəsarət alan Qaykoviç 2 saat ərzində dünyasını dəyişib.

Baş vermiş qeyri-adi qəza avtomobilin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Kərpicin necə düşməsindən xəbəri olmadığını deytən “Kamaz” sürücüsü isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar