Oğlundan sonra ata da intihar etdi
26 May 2010 Çərşənbə 11:25
Oğlundan sonra ata da intihar etdi. Hadisə Ağstafada baş verib.
Ağstafa rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, şəhər sakini 63 yaşlı Tofiq Hacıyev yaşadığı evin həyətində özünü asıb. Mərhumun meyiti səhər saatlarında oğlu tərəfindən tövlənin qarşısında asılmış vəziyyətdə aşkar edilib.
Şəhər ərazisində at arabası ilə yük daşımaqla məşğul olan T.Hacıyevin bir müddət əvvəl digər oğlunun da intihar etdiyi bildirilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: