Hadisə

NZS qəsəbəsini su basıb

"Azərneftyağ" İstehsalat Birliyinə məxsus su borusu partlayıb

· Xəbərçi
NZS qəsəbəsini su basıb
"Azərneftyağ" İstehsalat Birliyinə məxsus texniki su borusunun partlaması nəticəsində Xətai rayonundakı NZS qəsəbəsinin bir hissəsini su basıb. Sakinlərə xeyli ziyan dəyib, evlərin döşəmələri və əşyalar tamam yararsız vəziyyətə düşüb. "Azərneftyağ"dan ANS-ə bildirilib ki, artıq boru ilə suyun nəqli dayandırılıb, yaxın günlərdə təmir ediləcək. Bununla belə qeyd olunub ki, həmin ərazidə tikilən evlər qanunsuzdur.

"Azərneftyağ" təmsilçisi əlavə edib ki, bəzi evlər boru xəttinin üzərində tikildiyindən təmir işləri ləngiyə bilər.

Şərhlər