Hadisə

Nobel prospektində yanğın baş verib

“Lunapak”ın yaxınlığında yerləşən boş qamışlıq və quru otla əhatə olunan sahə yanıb

· Xəbərçi
Nobel prospektində yanğın baş verib
Bu gün axşam saatlarında Bakının Xətai rayonu ərazisində yanğın baş verib. Hadisə Nobel prospektində, “Lunapak” istirahət mərkəzi yaxınlığında yerləşən boş qamışlıq və quru otla əhatə olunan sahədə qeydə alınıb.

Yanğın tədricən mazut gölməçəsinə keçib. Yanğın 800 kv.m olan mazut gölməçəsinin təxminən 500 kv.m əhatə edib. Əraziyə Fövqaladə Hallar Nazirliyinin 3 yanğınsöndürmə briqadası cəlb edilib. Tez bir zamanda yanğının qarşısı alınıb.

İlkin ehtimal görə, yanğın ərazidə oynayan uşaqların ehtiyatsızlığı səbəbindən baş verib. Dəqiq səbəblər aparılan araşdırmaların sonunda bəlli olacaq.

Şərhlər