Nəsimi rayonunda ikimərtəbəli yaşayış binası yandı
17 Fevral 2014 Bazar Ertəsi 13:23
Yanğınsöndürənlərin cəhdi nəticəsində artıq alov söndürülüb.
Bu gün saat 12:50 radələrində Bakının Nəsimi rayonu ərazisində ikimərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Topçubaşov küçəsi-105 ünvanında yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal hadisə yeirnə 3 yanğınsöndürən maşın göndərilib

Alovun ərazidəki digər mənzillərə keçməsinin qarşısı alınıb. Yanğınsöndürənlərin cəhdi nəticəsində artıq alov söndürülüb.

İlkin ehtimala görə, yanğın elektrik xətlərindəki qısaqapanmadan baş verib. Lakin hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra məlum olacaq.

Yanğın nəticəsində xəsarət alan olmayıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar