Hadisə

Neftçilər prospektində qanlı olay

Neftçilər prospektində qanlı olay. Bakı sakini qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

· Xəbərçi
Neftçilər prospektində qanlı olay
Bakıda bıçaqlanma hadisəsi baş verib. Bakı şəhər baş Polis İdarəsindən verilən məlumata görə, hadisə yanvarın 19-u saat 21:20 radələrində Neftçilər prospektində baş verib.

Bakı şəhər sakini Coşqun Nağıyev qarın nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılaraq əməliyyat olunub.

Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Elman Ağayev yanvarın 20-də tutularaq aidiyyati üzrə təhvil verilib.

Hadisənin hansı zəmin də baş verdiyi araşdırılır. ANSPRESS

Şərhlər