Heftçala rayonunda ağır qətl hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, rayonun Mirqurbanlı kəndi ərazisində, kənd sakini Anar İmanov arvadı Samirəni bıçaqla qətlə yetirib. Qayınanası Cəmiləni isə yaralayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib.
A.İmanov Neftçala RPŞ əməkdaşları tərəfindən tutulub.
Neftçalada kişi arvadını öldürüb, qayınanasını yaralayıb
Hadisə ailə münaqişəsi zəminində olub.




Şərhlər