Hadisə

Neft terminalı ərazisində yanğın olub

Yanğın saat 15:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

· Xəbərçi
Neft terminalı ərazisində yanğın olub
Azərbaycanda neft terminalı ərazisində yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri Xəzər rayonunda Dübəndi Neft Terminalının ərazisində 500 kv.m sahədə quru ot yanıb. Ərazidəki sexlər yanğından mühafizə olunub. Yanğın saat 15:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər