Tripolidə çərşənbə axşamı yanacaqdoldurma məntəqələrinin yenidən açılması vətəndaşlar arasında böyük canlanma yaradıb. Uzun müddət yanacağa həsrət qalmış paytaxt sakinləri yanacaq qıtlığının aradan qaldırılması ilə normal həyatın yenidən bərpa olanacağını düşünür.
Tripoli sakinlərindən biri maşınına benzin vurmaq üçün 6 ay gözlədiyini deyib. Əlində bir yığın əskinaz tutan sürücüləri benzinin çox baha olması belə kədərləndirmir.
Qeyd edək ki, Liviyada benzinin 20 litri 100 ABŞ dollarına başa gəlir.
Neft ölkəsində benzin Avropadan 3 dəfə baha satılır
Tripolidə yanacaqdoldurma məntəqələrinin yenidən açılması böyük canlanma yaradıb




Şərhlər