Neft daşlarında yanğın olub, yaralanan var
25 İyun 2012 Bazar Ertəsi 13:39
İlkin ehtimal görə, yanğına qurğuda texnoloji prosesin pozulması səbəb olub.
Bakı şəhəri, Xəzər rayonunda Neft daşlarının ərazisində neft-qaz vakuum kompressor qurğusunda yanğın hadisəsi baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, yanğın nəticəsində kompressor qurğusu yanaraq deformasiyaya uğrayıb və qurğuda işləyən bir nəfər xəsarət alıb. Digər 3 ədəd qurğu yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.

İlkin ehtimal görə, yanğına qurğuda texnoloji prosesin pozulması səbəb olub. Yanğın saat 03:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar