Nazranda partlayış baş verib
03 Mart 2009 Çərşənbə Axşamı 23:10
Naməlum şəxs əvvəlcə eks-prezident Murat Zyazikovun evi istiqamətində qumbaraatanla bir neçə atəş açıb, sonra isə özünü partladıb

İnquşetiyanın Nazran şəhərində respublikanın eks-prezidenti Murat Zyazikovun evinin 50-100 kilometrliyində Bakı vaxtı ilə 21.34-də partlayış baş verib. ANS PRESS, İTAR-TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, ağ rəngli VAZ 2107 avtomobilində olan və hazırda şəxsiyyəti dəqiqləşdirilən şəxs əvvəlcə eks-prezidentin evi istiqamətində qumbaraatanla bir neçə atəş açıb, sonra isə özünü partladıb. O, hadisə yerində ölüb.
Hazırda hadisə yerində əməliyyat-axtarış qruppu işləyir. Respublikanın güc strukturlarının rəhbərləri Murat Zyazikovun evinin yaxınlığına gəlib. Eks-prezidentin evdə olub-olmaması və hadisə zamanı ailə üzvlərinin xəsarət alıb-almadığı məlum deyil. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar