Nazirliyin qarşısında avtomobili aşıran sürücü hadisə yerindən qaçıb
18 May 2011 Çərşənbə 06:44
Yasamal rayon dövlət yol polis şöbəsi əməkdaşlarının verdiyi məlumata görə, qəzaya səbəb yüksək sürət həddi olub.
Ötən gecə Yasamal rayonu İnşaatçılar prospektində yol nəqliyyat hadisəsi baş verib. Qəza vaxtı “VAZ-2106” markalı nəqliyyat vasitəsi Ekologiya və Təbii sərvətlər nazirliyinin inzibati binasının qarşısında aşıb. Qeydə alınan yol nəqliyyat hadisəsi zamanı xəsarət alan olmayıb. Qəzadan sonra avtomobilin sürücüsü hadisə yerindən yayındığı üçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Hadisə yerində olan Yasamal rayon dövlət yol polis şöbəsi əməkdaşlarının verdiyi məlumata görə, qəzaya səbəb yüksək sürət həddi olub. Qəzanın dəqiq səbəbləri təyin ediləcək ekspertizaların rəyindən sonra məlum olacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar