Narkotik satan qohumlar həbs edilib
17 Mart 2010 Çərşənbə 23:10
Lənkəran sakinlərini Əzizbəyov rayon Polis İdarəsinin əmədaşları saxlayıb
Əzizbəyov rayon Polis İdarəsinin Narkomaniya ilə mübarizə bölməsi və 2-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan iki qohum yaxalanıb.

1963-cü ildə Lənkəran şəhərində anadan olmuş, azərbaycanlı, əvvəllər Rusiya Federasiyasında məhkum olunmuş, Lənkəran şəhəri ev 23-də qeydiyyatda olmuş Səxavət Heydər oğlu Bədəlovun üzərinə baxış keçirilən zaman 642 qram həşiş qətranı aşkar edilib.

İşi araşdıran müstəntiq Xəqani Sadıqovun sözlərinə görə, onun üzərindən aşkar olunan narkotik vasitə külli miqdar olduğundan polis əməkdaşları həmin narkotik maddəni satan şəxsin izinə düşüblər və keçirilən istintaq- əməliyyat tədbirləri tezliklə öz nəticəsini verib. Səxavətə narkotik vasitəni satan şəxs də polis əməkdaşları tərəfindən saxlanılıb.

Səxavətə narkotik vasitəni satan şəxs onun qohumu, Lənkəran şəhərində anadan olmuş və Lənkəran sakini olan Eyvazov İlham Bayəddin oğlunun üzərinə baxış zamanı 120 qram həşiş qətranı aşkar edilərək götürülüb.

Qeyd edək ki, maşın təmiri sexində işləyən Səxavət əvəllər də Rusiya Federasiyasında narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğuna görə məhkum olunub. Hazırda isə saxlanılan şəxslərə qarşı rayon Polis İdarəsinin istintaq şöbəsində külli miqdarda narkotik vasitələri satma maddəsi ilə cinayət işi başlanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar