Hadisə

Narkotik alverçisi iş başında yaxalandı

Narkotik alverçisi iş başında yaxalandı. Gəncə sakinindən 4 kq marixuana götürülüb.

· Xəbərçi
Narkotik alverçisi iş başında yaxalandı

 

Narkotik satışı ilə məşğul olan Gəncə şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Qazax rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Andrey Baranov saxlanılıb. Ondan 4 kiloqram 102,78 qram marixuana aşkar edilib. O, narkotik vasitəni satarkən iş başında yaxalanıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. /ANS PRESS/

 

Şərhlər