Narazı kütlə Əhmədinejada hücum çəkdi
19 Aprel 2012 Cümə Axşamı 13:11
İran prezidentinin maşın karvanını ac insanlar əhatə edib
İran prezidenti Mahmud Əhmədinejad ölkənin cənub bölgələrindən biri olan Bəndər-Abbas şəhərinə səfəri zamanı narazı kütlənin hücumuna məruz qalıb. ANS PRESS-in "Daily Tedlegraph"a istinadən verdiyi məlumata görə, həvəskar video görüntüdə Əhmədinejadın maşın karvanının narazı insanlar tərəfindən əhatə olunduğu öz əksini tapıb.

Prezidentin avtomobil karvanını əhatə edən şəxslərdən biri əlində Ayətulla Xameneinin şəklini tutub. Digər bir şəxsin isə “mən acam, mən acam” dediyi eşidilir. Görüntüdə prezidentin mühafizəçilərinin özlərini itirdikləri gözdən yayınmır.





DOSTLARINLA PAYLAŞ:

oyunlar