Naməlum snayper mühacirlərə atəş açır
22 Oktyabr 2010 Cümə 21:35
Bir il ərzində təkcə Malmö şəhərində 50 nəfər yaralanıb.
İsveçin Malmö şəhərində snayper təhlükəsi davam edir. Artıq bir neçə gündür ki, naməlum snayper odlu silahdan atəş açmaqla, avtobus dayanacaqları və ya mənzillərin qarşısında istirahət edən sakinləri yaralayır. Yerli polisin məlumatına görə, zərərçəkən şəxslərin hamısı mühacirlərdir. Bu gün daha iki nəfər həmin snayperin qurbanı olub. 26 və 34 yaşlarında iki qadın snayper tərəfindən vurulub. Onlardan biri əlindən, digəri isə kürəyindən yaralanıb.
Polisin açıqlamasına görə, bu gün yaralanan qadınların hər ikisi də Avropa ölkəsindən mühacirət edənlərdəndir. Amma polis onların şəxsiyyətini və hansı ölkədən gəldiklərini açıqlamayıb. Şahidlərin dediyinə görə, hadisə qadınların mənzillərinin qarşısında baş verib. Dərhal sonra hadisə yerindən bir nəfər kişi qaçıb.
Polisin açıqlamasına görə, son bir ildə təkcə Malmö şəhərində 50 adama eyni snayper atəş açıb. Yaralanan şəxslərin hamısı da mühacirlər olub. Bu da onu sübut edir ki, cinayətkar məhz məqsədli şəkildə mühacirləri hədəfə alır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: