Hadisə

N saylı hərbi hissədə intihar hadisəsi baş verib

Azərbaycan Silahlı Qüvvələrində faciəli hadisə baş verib.

· Xəbərçi
N saylı hərbi hissədə intihar hadisəsi baş verib
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, 18 yaşlı Pərvin İsgəndərli xidmət etdiyi hərbi hissədə özünü asaraq intihar edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirlikdən qeyd ediblər ki, fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, P. İsgəndərli 2012-ci ildə Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Şərhlər