Hadisə

MTN-nin axtarışa verdiyi şəxsi sərhədçilər yaxaladı

Faiq Süleymanov Azərbaycan ərazisini tərk etməyə cəhd göstərərkən tutulub.

· Xəbərçi
MTN-nin axtarışa verdiyi şəxsi sərhədçilər yaxaladı
Milli Təhlükəsizlik Nazirliyi tərəfindən axtarışda olan şəxs Azərbaycanı tərk edərkən sərhədçilər tərəfindən saxlanılıb. Bu barədə məlumat Dövlət Sərhəd Xidmətinin saytında yerləşdirilib.
Bu, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən axtarışda olan, Xaçmaz rayon sakini, 1981-ci il təvəllüdlü Süleymanov Faiq Süleyman oğludur. O, aprel ayının 10-da Azərbaycan ərazisini tərk etməyə cəhd göstərərkən "Yalama" sərhəd nəzarəti məntəqəsinin "Xanoba" keçid bölməsində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Şərhlər