Mozdok-Qazıməmməd magistral qaz kəmərinin Şamaxı rayonunda keçən hissəsindəki yanğın söndürülüb. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Xatırladaq ki, Mozdok-Qazıməmməd qaz kəmərinin Şamaxı rayonunda keçən hissəsində ötən axşam güclü partlayış baş verib. Nəticədə yanğın başlayıb. Partlayışın səbəbləri məlum deyil.
Hadisənin Şamaxının Pirqulu və Qızmeydan kəndləri arasındakı dağlıq ərazidən keçən hissəsində qeydə alındığı bildirilir. Kəmərlə qaz nəqli dayandırılıb.
Mozdok-Qazıməmməd magistral qaz kəməri 1983-cü ildə çəkilib. Bu kəmər vasitəsilə Cənubi Qafqaza qaz nəql edilir, eləcə də, Dağıstan mavi yanacaqla təmin olunur.
Mozdok-Qazıməmməd magistral qaz kəmərindəki yanğın söndürülüb
Şamaxı rayonundakı güclü partlayışdan sonra kəmərlə qaz nəqli dayandırılıb.




Şərhlər