Hadisə

Mir Mövsüm Ağa ziyarətgahında intihara cəhd

Gənc qız dərman içərək Mir Mövsüm Ağa ziyarətgahının girişində huşunu itirib.

· Xəbərçi
Mir Mövsüm Ağa ziyarətgahında intihara cəhd
Bu gün səhər saatlarında Bakının Xəzər rayonu Şüvəlan qəsəbəsində, Mir Mövsüm Ağa ziyarətgahında 22 yaşlı qız intihara cəhd edib.

Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 1990-cı il təvəllüdlü Nigar Dadaşova özünü öldürmək istəyib. O, bir neçə qutu dərman içərək ziyarətgahın girişində yerə uzanıb. Qızı huşsuz vəziyyətdə tapıblar. Nigar Dadaşova xəstəxanaya yerləşdirilib.

Şərhlər