Mingəçevirdə bulvar çökdü və camaat suya düşdü
08 Fevral 2014 Şənbə 19:41
Aydın Mirzəzadə: İndilərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham müəllim İsmayılovla əlaqə saxladım və məlumatı dəqiqləşdirdim.
Bu gün saat 17 radələrində Mingəçevirdə Kür sahilindəki bulvarın çay üzərindəki döşəməsində bir plitə sökülərək dağılıb. ANS PRESS-in məlumatına görə, bu barədə əslən Mingəçevirdən olan millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində status paylaşıb.

Millət vəkili qeyd edib: “1971-ci ildə Kür çayınını sahilində svaylar üzərində bütün sahil böyu piyada yolu yaradılaraq istirahət parkına çevrilmişdi. Mən özüm 13-14 yaşında həmin istirahət zolağının yaradılmasının şahidi olmuşam.

Hadisədən gec xəbər tutduğuma görə indilərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham müəllim İsmayılovla əlaqə saxladım və məlumatı dəqiqləşdirdim.

O bildirdi ki, piyada zolağının salındığı dəmir-beton plitələrdən biri bir anda çöküb. Həmin an təsadüfən onun üzərində olan üç nəfər metryarımlıq çökəyə düşsələr də heç bir xəsarət almayıblar. Hadisə yerinə gələn təcili yardım həkimləri onlarda heç bir zədə müşahidə etməyiblər və onlar sərbəst buraxılıb.

Hal-hazırda şəhərin rəhbərləri hadisə yerindədirlər. Həm indi, həm də sabahdan başlayaraq piyada istrahət yolu ciddi şəkildə yoxlanacaqdır”.



DOSTLARINLA PAYLAŞ:

oyunlar