Hadisə

Minaya düşən zabitimiz komadan ayılmayıb

Digər zabitin vəziyyəti orta-ağırdır.

· Xəbərçi
Minaya düşən zabitimiz komadan ayılmayıb
Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin minaya düşən iki zabitindən birinin vəziyyəti hazırda ağırdır. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kapitan İlqar Verdiyev hələ də komadan ayılmayıb. Bir qolu amputasiya olunan İlqar Verdiyev Bakıya göndəriləcək.

Digər minaya düşən zabit Zahir Məmmədovun vəziyyəti isə orta-ağırdır. Bir ayağını itirən Zahir Məmmədovun hazırda həyatı üçün təhlükə sovuşub.

Qeyd edək ki, İlqar Verdiyev hərbi hissənin mühəndis-istehkam bölüyünün komandiridir. Zahir Məmmədov isə hərbi hissənin mühəndis-istehkam xidmətinin rəisidir.

Şərhlər