Hadisə

Milli Ordunun mövqeləri pulemyotlardan atəşə tutulub

Düşmən cavab atəşi ilə susdurulub.

· Xəbərçi
Milli Ordunun mövqeləri pulemyotlardan atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 28-də saat 14.30-dan 14.40-dək Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.20-dən 21.40-dək və 21.45-dən 21.50-dək Ağdam rayonunun Cəvahirli və Kəngərli kəndləri, mayın 29-da saat 02.50-dən 03.00-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.







Şərhlər