Hadisə

Milli Ordunun mövqeləri atəşə tutulub

Atəşkəs 3 istiqamətdə pozulub.

· Xəbərçi
Milli Ordunun mövqeləri atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 26-da və 27-də bir necə istiqamətdən atəşkəsi pozub. Erməni ordusu saat 14.30-dan 14.40-dək Ermənistanın Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 16.10-dan 16.20-dək, 18.10-dan 18.20-dək və 19.10-dan 19.30-dək Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Mosesqerx kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelərimizi, fevralın 27-də saat 04.50-dən 05.00-dək Ağdam rayonunun Şuraabad kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Şərhlər