Milli Ordunun əsgəri yaralanıb
26 İyul 2012 Cümə Axşamı 10:27
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.
APA-nın məlumatına görə, hadisə ötən gecə cəbhənin Gədəbəy rayonu istiqamətində qeydə alınıb.
Milli Ordunun əsgəri, 19 yaşlı Elmir İman oğlu Mirzəyev düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib və bildirib ki, yaralı əsgərin vəziyyəti kafidir.
Qeyd edək ki, E. Mirzəyev Xaçmaz rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
DOSTLARINLA PAYLAŞ: