Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. Milli Ordunun əsgəri 19 yaşlı Məmmədəli Tərlan oğlu Allahverdiyev qoşunlarının təmas xəttində, Ağdam istiqamətində minaya düşüb. Əsgər ayağından yaralanaraq, hospitala yerləşdirilib.
M. Allahverdiyev Şabran rayonundan həqiqi hərbi xidmətə çağırılıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev faktı təsdiqləyib.
Milli Ordunun daha bir əsgəri minaya düşdü
19 yaşlı Məmmədəli Allahverdiyev ayağından yaralanıb




Şərhlər