Metroya bomba qoyulmaslı xəbəri yalandı
16 İyun 2009 Çərşənbə Axşamı 13:45
"İnşaatçılar" stansiyasında axtarış aparılsa da heç nə tapılmayıb

 

Bu gün saat 11.00 radələrində metronun "İnşaatçılar" stansiyasına bomba qoyulması ilə bağlı polisə anonim zəng edilib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası və rayon polis idarəsinin əməkdaşları gəlib. Həyata keçirilən axtarış tədbirləri nəticəsində məlumat təsdiqini tapmayıb və metroda partlayıcı maddə aşkarlanmayıb. Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ANS-ə açıqlamasında bildirib ki, hazırda metropoliten əvvəlki qrafiki üzrə işləyir və sərnişinlərin təşvişə düşməsinə ehtiyac yoxdur./ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar