Metroda qatar tuneldə qaldı
10 Oktyabr 2012 Çərşənbə 14:13
Vaqonlardan birində yaranmış texniki problem sərnişinləri təşvişə salıb.
Bakı Metropolitenində qatarların hərəkətində problem yaranıb. Bu barədə ANS PRESS-ə hadisə şahidləri məlumat verib. Verilən məlumata görə, "Həzi Aslanov" “Azadlıq” istiqamətində hərəkət edən qatar “Nizami” və “Elmlər Akademiyası” stansiyaları arasında tuneldə qalıb. Qatarın uzun müddət tuneldə qalması sərnişinləri təşvişə salıb. Maşinist isə sərnişinlərə vaqonda texniki problemin yarandığını elan edib.

Problemlə əlaqədar Bakı Metropoliteninin baş mühəndisi Etibar İsayev ANS PRESS-ə açıqlamasında bildirdi ki, qatarın yalnız bir vaqonunda texniki problem yaranıb. Əlavə kömək vasitəsilə qatar tuneldən çıxarılıb. Texniki problem yaranan vaqondakı sərnişinlər evikuasiya olunub, vaqon depoya aparılıb. Yaranmış problemlə əlaqədar isə qatarların qrafikində heç bir gecikmə olmayıb. Hadisə zamanı heç bir sərnişin zərər görməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar