Beyləqan rayonunda ağır yol qəzası baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Beyləqan rayonu, Bəhram Təpə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili yanacaqdoldurma məntəqəsinin hasarına çırpılıb.
Nəticədə "Mercedes"-in sürücüsü V. İbrahimov və avtomobildə olan sərnişinlər - 1998-ci il təvəllüdlü İbrahimov Natiq Eliyar oğlu və 1996-cı il təvəllüdlü Bəxtiyarlı Bəxtiyar Malik oğlu müxtəlif bədən xəsarətləri ilə xilasedicilər çatana kimi əhali tərəfindən avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil veriliblər. Xilasedicilər avtomobilli hadisə yerindən çəkiblər.
Mercedes yanacaqdoldurma məntəqəsinin hasarına çırpılıb
Beyləqanda baş verən hadisədə 2 nəfər yaralanıb.




Şərhlər