Meksikada avtobus gülləbaran edildi
15 Fevral 2011 Çərşənbə Axşamı 04:02
Naməlum şəxslərin atəşə tutduğu avtobusda həlak olanlardan 3-ü uşaqdır
Naməlum şəxslər sərnişin avtobusu gülləbaran edilib. Tamaulipas ştatı hüquq-mühafizə oraqlarının məlumatına görə, hadisə nəticəsində azı 18 nəfər ölüb. Ölənlərdən 3-ü uşaqdır.

Avtobus Matamoros şəhərindən Syudad Viktoriyaya gedirmiş. Silahlılar avtobusu ölkənin şimal-qərbində saxladaraq, avtomat silahlardan atəş açmağa başlayıblar. Dəşhətli cinayətin motivləri barədə məlumat yoxdur.

Qeyri-rəsmi məlumatlara görə, cinayətdə yerli karkotik kartellərinin əli ola bilər. Onlar bu yolla hakimiyyəti qorxutmaq və ordu hissələrinin mütəşəkkil cinayətkardəstələrə qarşı güclənən mübarizəsinə cavab vermək istəyiblər.

Meksika prezidenti Felipe Kalderon 2006-cı ildə hakimiyyətə gəlişindən sonra mütəşəkkil cinayətkarlığa qarşı savaş elan edib və ordunu narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə cəlb edib. Çünki korrupsiyaya uğramış hüquq-mühafizə orqanları narkotiklərin qanunsuz dvriyyəsinin qarşısını ala bilmirdilər.

Bu müddət ərzində cinayətkarlar tərəfindən 30,5 mindən çox adam qətlə yetirilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar