Məhkəmə zalında qan töküldü
29 May 2012 Çərşənbə Axşamı 18:03
34 yaşlı Şirvan şəhər sakini Lənkəran Ağır Cinayətlər Məhkəməsində intihara cəhd edib.
Lənkəran şəhərində intihara cəhd hadisəsi baş verib. Hadisə bu gün saat 15.40 radələrində Lənkəran Ağır Cinayətlər Məhkəməsində proses zamanı qeydə alınıb. Təqsirləndirilən Şirvan şəhər sakini, 1978-ci il təvəllüdlü Nurəddin Rəcəb oğlu Yusubov məhkəmə prosesi zamanı özü ilə gətirdiyi kəsici alətlə əlini və vena damarı doğrayıb.

Sol əlinin bilək nahiyəsinin dərin yarası və sağ boyun venasının kəsilməsi diaqnozu ilə təcili Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Yusubovun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Hazırda onun vəziyyətinin stabil olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar