Məhkəmə icraçısının evi yarıldı
06 Yanvar 2011 Cümə Axşamı 16:05
Hadisə Siyəzən rayonunda qeydə alınıb
Siyəzən rayonunda oğurluq hadisəsi qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayon məhkəməsinin icraçısı Zaur Tariyel oğlu Ağamirzəyevin kirayədə yaşadığı mənzildə baş verib.

Naməlum şəxslər Z.Ağamirzəyevin doğma rayonunda, Bərdədə olduğu zaman, dekadrın 29-dan 2011-ci ilin yanvarın 4-dək olan müddət ərzində onun kirayədə yaşadığı Babək küçəsi, 30 ünvanına girərək oradan dəyəri 300 manat olan iki ədəd xalça oğurlayıblar.

Faktla bağlı dərhal rayon polisinə məlumat verilib. Hadisə yerinə polis əməkdaşları gələrək ilkin araşdırmalar aparıb. Hazırda oğurluqda şübhəli bilinən şəxs və yaxud şəxslərin kimliyinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar