Medvedev təyyarə qəzası qurbanlarının yaxınlarına başsağlığı verdi
08 Sentyabr 2011 Cümə Axşamı 01:37
““Lokomotiv”in azarkeşləri, bütün ölkə kədərlənir”
Rusiya prezidenti Dmitri Medvedev “Lokomotiv” hokkey klubunun təyyarə qəzasında həlak olan üzvlərinin yaxınlarına “Twitter”dən başçağlığı verib. “Yaroslavl yaxınlığındakı təyarə qəzasında həlak olanların qohumlarına başsağlığı verirəm. “Lokomotiv”in azarkeşləri, bütün ölkə kədərlənir”, - Rusiya prezidenti yazıb.
Xatırladaq ki, “Lokomotiv” hokkey klubunun üzvlərini Minskə aparan təyyarə Yaroslavl şəhərindəki “Tunoşna” hava limanından havaya qalxarkən qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 45 nəfər - 37 sərnişin və 8 heyət üzvü olub. Sərnişinlərdən 11-i əcnəbidir. Ən son məlumatlara görə, 35 nəfərin cəsədi tapılıb.
Təyyarədəkilərdən cəmi iki nəfər sağ qalıb. Onlardan biri təyyarənin bort baxıcısı, digəri isə hokkeyçi Aleksandr Qalimovdur. İdmançının bədəninin 80 faizi yanıb.
“Lokomotiv” klubunun əsas heyətinin üzvləri Minskə yerli “Dinamo” ilə Kontinental Hokkey Liqaçı çərçivəsində qarşılaşmaq üçün gedirdilər.
Rusiya aviasiya xidmətinin (“Rosaviasiya”) məlumatına görə, uçuş zolağından ayrıldıqdan sonra təyyarə lazımi yüksəkliyə qalxa bilməyib və mayakın antenasına çırpılıb. Nəticədə təyyarə hissələrə bölünüb.
DOSTLARINLA PAYLAŞ: