Hadisə

Məcburi köçkünün məskunlaşdığı vaqon yandı

Xəsarət alan olmayıb.

· Xəbərçi
Məcburi köçkünün məskunlaşdığı vaqon yandı
Abşeron rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məcburi köçkünün məskunlaşdığı ümumi sahəsi 40 kvadratmetr olan vaqonun yanar konstruksiyaları və əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 11:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisənin nə səbəbdən baş verməsi araşdırılır. ANSPRESS

Şərhlər