Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb.
Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Binəqədi rayonunda "Ramin" şadlıq evinin yaxınlığındakı məcburi köçkünlərin məskunlaşdığı yataqxananın 4-cü mərtəbəsində yanğın başlayıb.
Yataqxanada məskunlaşan sakinlər binanı tərk ediblər. Yanğın zamanı bir neçə dəfə partlayış səsləri də eşidilib.
Hazırda yanğın davam edir. Yanğın 5 mərtəbəli binanın 4 mərtəbəsini əhatə edir. Yanğın binanın yaxınlığındakı bazara da keçib.
Məcburi köçkünlərin məskunlaşdığı yataqxanada güclü yanğın başlayıb
Yanğın zamanı bir neçə dəfə partlayış səsləri eşidilib.




Şərhlər