Maskalı basqınçılar ələ keçib
01 Mart 2010 Bazar Ertəsi 23:20
Paytaxtda soyğunçuluq törədən şəxslər yaxalanıb
Dəmir parçası ilə silahlanan 2 nəfər qara maskalı şəxs Nərimanov rayonunda yerləşən mağazalardan birini qarət ediblər. Hadisə Nərimanov rayonu, Nazim Hacıyev küçəsi 6a ünvanında yerləşən mağazada baş verib. Zərərçəkən Nargilə Soltanova 18-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, qara maska geyinmiş 2 nəfər naməlum şəxs ona qarşı soyğunçuluq hadisəsi törədib.
Nərimanov RPİ-nin baş müstəntiqi Mübariz Süleymanov bildirib ki, faktla bağlı həyata keçirilən axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər, 26 yaşlı Ələkbərov Zakir Əli oğlu və 21 yaşlı Seyidzadə Mirzəağa Mirsəlim oğlu yaxalanaraq istinataqa cəlb olunublar. Saxlanılan şəxslər mağazanın satıcısına qarşı soyğunçuluq edərək, onunu həyat yoldaşının bir müddət əvvəl ora gətirdiyi telefon danışıq kartlarını, ödmə kartlarını qarət edərək aradan çıxıblar
Onların istintaqa verdikləri ilkin ifadələrindən məlum olub ki, dostlar soyğunçuluq etməzdən əvvəl mütəmadi olaraq Fərid Soltanovu izləyiblər. bir həftəlik izləmə əməliyyatı dövründə Soltanovun daim dükana mobil telefonlar üçün danışıq konturları gətirdiyini görən dostlar, bir gün onun gəlirinə şərik çıxmağı qərarlaşdırıblar və soyğunçuluq ediblər. əldə olunan qəniməti isə zabratda yerləşən yanacaqdoldurma məntəqələrindən birinə satıblar.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsinin bir neçə bəndi ilə cinayət işi başlanıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: