Hadisə

Maşınqayırma zavodunun həyətində yanğın olub

Yaxınlıqdakı obyektlər və evlər yanğından mühafizə olunub.

· Xəbərçi
Maşınqayırma zavodunun həyətində yanğın olub
Bakıda maşınqayırma zavodunda güclü yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda Bakı maşınqayırma zavodunun ərazisində 5000 kv.m sahədə qamışlıq və quru ot yanıb. Ərazidəki obyektlər və yaxınlıqdakı evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər