Maşınlaradivan tutan dəstə ələ keçdi
08 Fevral 2011 Çərşənbə Axşamı 11:30
Onlar bir gecədə 21 nəfərə ziyan vurub
Bakıda maşınlara “divan tutan” dəstə ələ keçib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, bu, Xətai rayon Polis İdarəsi və 36-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində mümkün olub. Əsasən xarici avtomobillərin şüşələrini sındırma yolu ilə oğurluğa cəhd və oğurluq etdiklərinə görə, Bakı şəhər sakinləri Rəşid Məlikov, Elxan Alıməmmədov, Nicat Bağıyev, Elvin Musayev, Kamran Ələsgərov, Səkinə Talıbova və Qubadlı rayon sakini Rəxşan Məmmədov şübhəli şəxs qismində yaxalanılıb.

Araşdırma zamanı məlum olub ki, onlar ötən ilin dekabr ayında X.Məmmədov küçəsində Fərid İsmayılova məxsus “VAZ-2107” markalı avtomobilin qapısının kilidini sındırmaqla maqnitafon oğurlayıblar. Fevralın 2-nə keçən gecə onlar cinayət əməllərinin miqyasını böyüdərək Xətai rayonu ərazisində Əbülfət Səmədova, Salman Murquzova, Namiq Məmmədova, Fərid Həsənova, Ramin Orucova, Cavad Tacirliyə, Qabil Quliyevə, Alı Cabbarova, İlham Məmmədova və Hüseyn Verdiyevə məxsus “Mercedes”, Rüstəm Səmədova məxsus “Mitsubishi”, Əjdər Nəsirova məxsus “Hyundai-Sonata”, Anar Əliyevə məxsus “Hyundai Tucson”, Vüqar Bəşirova məxsus “Hyundai-Sonata”, Rasəf Hüseynova məxsus “Tofaş”, Nurməmməd Nurməmmədova məxsus “Kia Optima” markalı avtomobillərin şüşələrini sındırmaqla oğurluğa cəhd ediblər.
Elə həmin gün sözügedən rayon ərazindən Rəsul Əzizova, Zaur Cəbrayılova, Dolxan Bəşirova, Yaşar Əhmədova, Elçin Səmədova məxsus “Mercedes” markalı avtomobillərin şüşələrini sındırmaq yolu ilə mobil telefon, pul və digər əşyalar oğurlayıblar.

Hazırda onların daha hansısa cinayətdə əməllərinin olub-olmadığı araşdırılır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar