Hadisə

Maşın qaçıran qadın qəza törətdi

Qadın polis əməkdaşları tərəfindən saxlanılıb.

· Xəbərçi
Maşın qaçıran qadın qəza törətdi
Ötən gün Binəqədi rayonu Cavadxan küçəsindən Gəncə şəhər sakini Ramidə Hüseynova Beyləqan rayon sakini Bəhruz Tağıyevə məxsus “Mercedes” markalı avtomaşını qaçırıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ramidə Hüseynova avtomaşını Sumqayıt şəhəri ərazisində idarə edərkən onu yolun kənarındakı divara vurub və avtomaşından düşərək gedib.

Avtomaşın polis əməkdaşları tərəfindən Sumqayıt şəhərindəki müvəqqəti dayanacağa yerləşdirilib. Ramidə Hüseynova Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şərhlər