Masazırda 24 yaşlı gənc yenə də polisi ayağa qaldırdı
13 Fevral 2014 Cümə Axşamı 15:51
Bir neçə dəfə özünə qəsd etmək istəyən şəxs bu dəfə də 12-ci mərtəbədən atılmaq istəyib.
Masazır qəsəbəsində 24 yaşlı gənc intihar etmək istəyib. Abşeron rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə. Bu barədə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat daxil olub. Məlumat daxil olan kimi hadisə yerinə polis əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Məlum olub ki, 1990-cı il təvəllüdlü Elnur Mehman oğlu Salahov Masazır qəsəbəsində yeni tikilməkdə olan hündürmərtəbəli binalardan birinin 12-ci mərtəbəsinə çıxaraq, özünü ordan atmaq istəyib. Lakin hadisə yerin əəglən polis əməkdaşlarının sayıqlığı və xilasedicilərin səyi nəticəsində Elnur Salahovun intiharının cəhdinin qarşısı alınıb.
Elnur Salahov polisə verdiyi ifadədə bildirib ki, maddi vəziyyəti pis olduğu üçün özünü öldürmək istəyir.
Qeyd edək ki, Elnur Salahov artıq bir neçə dəfədir ki, özünü öldürmək istəyib. O, bu yaxınlarda damarlarını da kəsmişdi. Polis E.Salahovun psixi problemlərinin olduğunu da bildirib.
Faktla bağlı araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: