Masallıda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub
01 Fevral 2012 Çərşənbə 17:34
41 yaşlı Əli Zeynalov rayon polis şöbəsinə gələrək təslim olub.
Masallı rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Respublika Prokurorluğunun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən ay 31 yanvar tarixində saat 18:00 radələrində Masallı rayonunun Təzə Alvadı kəndi ərazisində fəaliyyət göstərən "Palıd" adlı yeməkxananın işçiləri - 1989-cu il təvəllüdlü Heydərov Murad Məhərrəm oğlu ilə 1970-ci il təvəllüdlü Zeynalov Əli Soltan oğlu arasında baş vermiş münaqişə zamanı sonuncu mətbəxdən götürdüyü bıçaqla M.Heydərovun döş qəfəsinə vurmaqla ona xəsarət yetirib.
M.Heydərov Masallı rayon Mərkəzi xəstəxanasına aparılarkən yolda aldığı xəsarətdən ölüb. Ə.Zeynalov isə könüllü rayon polis şöbəsinə gələrək təslim olub.
Fakta görə həmin tarixdə Masallı rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Ə.Zeynalov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.
DOSTLARINLA PAYLAŞ: