Hadisə

Masallıda polis şöbəsində dəhşətli intihar

Qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilən 32 yaşlı şəxs özünü asıb.

· Xəbərçi
Masallıda polis şöbəsində dəhşətli intihar
Bu gün günorta saatlarında Masallı rayonunda polis şöbəsində intihar hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsindən ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, polis şöbəsinin müvəqqəti təcridxanasında saxlanılan 1980-ci il təvəllüdlü Vüqar Şahmar oğlu Ələkbərov özünü asıb.

Vüqar Ələkbərov iyunda qız qaçırdığı üçün cinayət məsuliyyətinə cəlb edilmişdi. Onun intihar etməsinin səbəbləri araşdırılır.

Faktla bağlı cinayət işi açılıb.

Şərhlər