Masallıda güclü partlayış
07 Fevral 2011 Bazar Ertəsi 15:40
Dağıntılar altından dörd nəfər çıxarılıb
Bu gün saat 14:40 radələrində Masallı Rayon Telekommunikasiya Qovşağının binasında güclü partlayış baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, partlayışın təsirindən dördmərtəbəli binanın bir hissəsi tamamilə dağılıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional İdarəsinin xilasediciləri hadisə yerində xilasetmə işlərinə cəlb olunublar. Dağıntılar altından dörd nəfər artıq çıxarılıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Dağıntılar altında digər insanların qalıb qalmadığı bilinmir.
Qeyd edək ki, binaya hələ ki, qaz verilməyib. Ancaq partlayışın gücündən ətrafdakı binalar da zərər çəkib. Partlayışa nəyin səbəb olduğu bilinmir.
DOSTLARINLA PAYLAŞ: