Masallıda evləri su basıb
01 Fevral 2011 Çərşənbə Axşamı 18:15
Masallıda 10 yaxın ev yarım metr suyun altında qalıb.
Cənub bölgəsində bir neçə gün aramsız yağan yağış artıq fəsadlar verməyə başlayıb. Bu barədə ANS PRESS-ə kənd sakinləri məlumat verib. 23 yaşlı Qurban Qulam oğlu Şəkərovun bildirib ki, yaşadığı Ərkivan kəndinin bir məhəlləsində 10-12 ev və həyətyanı sahə yağan yağışlar nəticəsində 50 santımetr suyun altında qalıb. Məsələylə bağlı kənd sakinləri yerli icra nümayəndəliyinə müraciət etdiklərini bildirsələr də, hələlik onların səsinə səs verən olmayıb.

İcra nümayəndəliyinin əməkdaşları bildirib ki, rəhbərlik hazırda rayonda keçirilən müşavirədə iştirak etdiyindən bu barədə ona müşavirədən qayıtdıqdan sonra məlumat veriləcək. Kənd sakinləri evləri belə su basmasını isə mövcüd olan su axaçaqlarının doldurularaq, torpaq sahəsi kimi satmaqda görürlər. Yəni sakinlərin dediyinə görə, kanallar doldurularaq ticarət obyektilərinin tikintisi üçün satılır.

Məsələylə bağlı Rayon Fövqəladə Hallar Komissiyasının rəsmisi bildirib ki, onlarda bu barədə məlumat olmayıb: “Hələlik bizə bu barədə şikayət daxil olmayıb. Məsələ tərəfimizdən araşdırılacaq, əgər belə bir fakt həqiqətən də varsa, müvafiq addım atılacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar