Masallı sakininin evi yanıb
20 Mart 2010 Şənbə 17:50
Masallı sakininin evi yanıb. Evdəki məişət əşyaları və qarajdakı şəxsi avtomobil yanaraq sıradan çıxıb.
Masallı rayonunda ev yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin yanğın nəzarət şöbəsinin rəisi Əşrəf Rəfiyevin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə martın 19-da saat 22:45 radələrində Masallı rayonunun Xanalion kəndində qeydə alınıb.
Kənd sakini, 1966-cı il təvəllüdlü Ağabala Qurban oğlu Rəhimova məxsus 150 kvadratmetrlik ikimərtəbəli yaşayış evində yanğının söndürülməsi üçün FHN-nin Masallı rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını cəlb olunub. Yanğın söndürülsə də, evdəki məişət əşyaları və qarajdakı şəxsi avtomobil tamamilə sıradan çıxıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: