Hadisə

Masallı sakini həmkəndlisini bıçaqlayıb

Polisin keçirdiyi əməliyyat nəticəsində Cəsarət Abdullayevə xəsarət yetirmiş həmkəndlisi Seymur Xəmiyev yaxalanıb

· Xəbərçi
Masallı sakini həmkəndlisini bıçaqlayıb

Martın 4-də gecə saatlarında Masallı rayonunun Türkoba kəndində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, kənd sakini Cəsarət Abdullayev bıçaq yarası ilə xəstəxanaya gətirilib. Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Abdullayevə xəsarət yetirmiş həmkəndlisi Seymur Xəmiyev tutulub. /ANS PRESS/

Şərhlər