Maqnit qasırğası sabah da davam edəcək
20 Aprel 2011 Çərşənbə 16:23
Bu günlərdə insanların özünü pis hiss etməsinə səbəb günəşdə baş verən proseslərdir
Bu gün səhər müşahidə edilən dumanlı hava Bakı sakinlərində xoş əhval-ruhiyyə yaratmayıb. Kimi başında ağrı hiss edib, kimi də ürəyində. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Rəsadxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin sözlərinə görə, insanların özünü pis etməsinə səbəb planetlərarası maqnit sahəsinin istiqamətinin cənuba tərəf dəyişməsi, günəşin tac dəliyindən ayrılan yüksək sürətli zərrəciklər selinin asanlıqla maqnitasiyasının hüdudlarına daxil olmasına şərait yaratmasıdır.

Maqnit qasırğasının hələ sabah da hiss ediləcəyi bildirilir.

Hidrometeoroloqlar da öz növbəsində belə hava şəraitinin aprelin 24-nə qədər davam edəcəyini bildiriblər. Arabir yağış yağacağı, şimşək çağacağı da istisna olunmur.

Qeyd edək ki, mütəxəssislər bu cür havanı əvvəlcədən də proqnozlaşdırmışdılar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar