Maltaya qaçan liviyalı polkovniklər sığınacaq istəyir
22 Fevral 2011 Çərşənbə Axşamı 01:56
Qırıcı təyyarələrin pilotları Liviyadan qaçmalarının səbəblərini açıqlayıblar
Ötən gün Malta paytaxtındakı hava limanına enən iki Liviya qırıcı təyyarəsinin pilotları siyasi sığınacaq istəyir. Bu barədə məlumatı “Associated Press” agentliyi Malta hərbçilərinə istinadən yayıb. Agentliyin məlumatına görə, iki “Mirage” qırıcısı Valletta hava limanına iki mülhi helikopterin ardınca enib.
Vəziyyətlə tanış olan hərbi mənbə bildirib ki, pilotlar - Liviya Hərbi Hava Qüvvələrinin polkovnikləri siyasi sığınacaq istəmək niyyətində olduqlarını bildirdikdən sonra onlara eniş icazəsi verilib.
“Reuters” agentliyinin məlumatına görə, pilotlar dindirmə zamanı Liviyadan qaçmalarının səbəbini açıqlayıblar. Polkovniklər bildiriblər ki, Liviyanın böyüklüyünə gönə ikinci şəhəri olan Benqazidə nümayişçilərin bombalanması barədə əmr alıblar və bunu etməmək üçün ölkədən qaçmaq qərarına gəliblər.
Qeyd edək ki, ötən cün Maltanın beynəlxalq hava limanına iki mülki helikopter də enib. Onların göyərtəsində 7 nəfər olub və Fransa vətəndaşları olduqları güman edilir. Lakin sərnişinlərdən yalnız birinin pasportu olub.
Hazırda Maltanın miqrasiya xidmətinin əməkdaşları liviyalı təyyarəçilər və helikopterlərin sərnişinlərin dindirilməsini davam etdirir.
DOSTLARINLA PAYLAŞ: