Hadisə

Mahaçqalada prokuror köməkçisi ailə üzvlərinin gözləri önündə güllələndi

Evə soxulan beş silahlı prkuor köməkçisinin ailə üzvlərini də döyüblər.

· Xəbərçi
Mahaçqalada prokuror köməkçisi ailə üzvlərinin gözləri önündə güllələndi
Bu gecə Mahaçqalada prokuror köməkçisi güllələnib. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi məlumata görə, onun ailə üzvləri də xəsarət alıblar.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, Lenin rayon prokurorunun köməkçisi İbrahimovun yaşadığı evə beş silahlı soxulub. Onlar prokuror köməkçisini və ailə üzvlərini döyüblər. Sonra silahlılar ailə üzvlərinin gözləri önündə İbrahimovu güllələyiblər.

Şərhlər